Partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldubackend

Partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

NOCOMMENT xəbər verir ki, bu barədə Anar Əsədli özünün feysbuk səhifəsində məlumat paylaşıb.

“Bu gün Ankaraya səfərim var idi və hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.

Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur yanlışlığıdır”, – deyə A.Əsədli bildirib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.