Partiyalar haqqında qanun qəbul olundubackend

Partiyalar haqqında qanun qəbul olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.

Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Bugünkü iclasda deputatlar yeni qanun layihəsi ilə bağlı təklif və fikirlərini səsləndiriblər. Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.