Partlayış səsi eşidilibbackend

Partlayış səsi eşidilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, partlayış səsi Yaponiyanın baş naziri Kişida Fumionun ölkənin cənub-şərqindəki Vakayama əyalətinə səfəri zamanı eşidilib. Yaponiyanın baş naziri Kişida Fumio yerli şuralara əlavə seçki kampaniyası üçün getdiyi Vakayamada hakim Liberal Demokrat Partiyasının (LDP) namizədinin fəaliyyətində iştirak edib.

NOCOMMENT xəbər verir ki, Kişida yerli vaxtla saat 12.30 radələrində bölgədəki Saikazaki Balıqçılıq Limanı yaxınlığında LDP namizədi ilə görüşüb və kampaniya prosesini müzakirə edib.

Yaponiya baş naziri çıxış etməzdən əvvəl onun olduğu yerdə partlayış səsi eşidilib. Kişida xəsarət almadan hadisə yerindən təxliyə edilib.

Yerli media partlayışın səsinin Kişidanın olduğu yerə atılan bir növ tüstüyə bənzər tüstü bombası ola biləcəyini fərz edirdi.