PAŞA Bankın İdarə Heyətinə yeni təyinatlar olubbackend

PAŞA Bankın İdarə Heyətinə yeni təyinatlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “PAŞA Bank” ASC-ni Müşahidə Şurasının qərarına əsasən, bankın İdarə Heyətinin tam tərkibdə formalaşması yekunlaşıb.

Bankdan NOCOMMENT-ə verilən məlumata görə, bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Bəhruz Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcəkdir.

Eyni zamanda “PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı təyin edilib.

Xatırladaq ki, Bəhruz Nağıyev “PAŞA Bank” komandasına Xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində 2011-ci ildə qoşulub, 2013-cü ildə isə o, Menecment İnformasiya sistemi və Büdcə funksiyası üzrə eksperti vəzifəsinə təyin edilib. 2014-cü ildə B. Nağıyev Xəzinədarlıq və Kapital bazarlar departamentinin direktoru təyin edilib. 29 mart 2018-ci ildə B.Nağıyev Baş maliyyə İnzibatçısı və İdarə Heyətinin Üzvü təyin edilib.

Murad Süleymanov əmək fəaliyyətinə 2008-ci ildən “EY” şirkətinin Azərbaycan nümayəndəliyində başlayıb və burada audit mütəxəssisi, audit eksperti və baş ekspert vəzifələrində çalışıb. 2011-ci ildə M.Süleymanov “PAŞA Sığorta” şirkətində Maliyyə departamentinin direktor müavini və 2013-cü ildən direktor vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin noyabr ayından isə M. Süleymanov şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.