Paşa Holdinq-in hotellərinə yeni əcnəbi direktor təyin olundu – Siyahıbackend

Paşa Holdinq-in hotellərinə yeni əcnəbi direktor təyin olundu – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşa Holdinq-in törəmə şirkəti olan Abşeron Hotel Qrup MMC-yə (VÖEN – 1402589811) yeni direktor təyin olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Abşeron Hotel Qrup MMC-nin qanuni təmsilçisi Simon Kreyq Beaumont olub.

Məlumat üçün qeyd edək ki, Simon Kreyq Beaumont daha əvvəl Abşeron Hotel Qrup MMC-də baş əməliyyat müdiri olub. Simon Kreyq Beaumont 2015-2018-ci illərdə Paşa Holdinq-ə bağlı olan Marriott hotelində müxtəlif vəzifələrdə işləyib.

Onu da bildirək ki, 22.08.2013-cü ildə dövlət qeydiyyatına alınan Abşeron Hotel Qrup MMC-nin nizamnamə kapitalı 15 milyon 850 min manat təşkil edir.

Abşeron Hotel Qrup hazırda Bakıda beynəlxalq hotelçilik şirkətləri tərəfindən idarə olunan Four Seasons Baku, JW Marriott Absheron Baku və The Ritz-Carlton Baku kimi üç lüks hotelə malikdir.

Bunlardan başqa Abşeron Hotel Qrupun daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunub:

Baku Marriott Hotel Boulevard
Sheraton Baku Intourist
Courtyard by Marriott Baku
Pik Palace, Shahdag
Park Chalet, Shahdag
Dinamo Hotel Baku
The Merchant Baku
Bilgah Beach Hotel
Allium Bodrum Resort & Spa (Bodrum / Türkiyə)
Boutique 19 Hotel
Art Gallery Hotel

Eyni zamanda, Abşeron Hotel Qrupun inşaat mərhələsində olan daha iki hotel layihəsi də vardır ki, bunlardan biri Bakıda (The Crescent, brend təsdiqlənməyib), digəri isə Tbilisidə (AC Hotel by Marriott Tbilisi) yerləşir və növbəti 2-3 ildə açılması gözlənilir.