Paşa Holdinqə bağlı şirkətin bağında qadın cəsədi tapılıbbackend

Paşa Holdinqə bağlı şirkətin bağında qadın cəsədi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Azbadam” şirkətinə məxsus badam bağında qazıntı işi aparılarkən torpağa basdırılmış və sellofana bükülmüş şəkildə olan qadın meyiti aşkar edilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, kimə məxsus olması, kim tərəfindən orada basdırılması, hansı şəraitdə ölməsi və ya öldürülməsi məlum deyil.

Qeyd edək ki, “Azbadam” aktivlərinə görə ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır. 2016-cı ildə dövlət qeydiyyatına alınan “Azbadam” MMC Qala və Bilgəhdə badam bağlarına sahibdir. Şirkət həmçinin 2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq Badam Emalı Zavodunu istismara verib.