“Paşa Sığorta” ötən il 9 milyon manatlıq tender udub – Cədvəlbackend

“Paşa Sığorta” ötən il 9 milyon manatlıq tender udub – Cədvəl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti ötən il ərzində 8 müxtəlif tenderin qalibi olub.

NOCOMMENT.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Şirkətin qalibi olduğu ən iri həcmli tender ötən ilin iyul ayının 27-də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) keçirdiyi tender olub. Daşınmaz əmlakların sığortalanması (daşınmaz əmlakın könüllü sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) ilə bağlı olan tenderin nəticəsi olaraq “Paşa Sığorta” ilə İKZF arasında 4 milyon 804 min 578 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

“Paşa Sığorta” ASC-nin ötən il ərzində qalibi olduğu ən kiçik həcmli tender isə ötən il dekabrın 12-də “Qarabağ Dirçəliş Fondu”nun balansında olan nəqliyyat vasitəsinin “Kasko” sığortası xidmətinin satın alınması ilə bağlı olan tender olub. Fond ilə ASC arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 636 manat təşkil edib.

Ümumi olaraq ötən il ərzində “Paşa Sığorta” ASC-nin qalibi olduğu 8 tender nəticəsində qarşı tərəflərlə cəmi məbləği 8 milyon 873 min 642 manat olan satınalma müqavilələri bağlanıb.

“Paşa Sığorta” ASC-nin ötən il ərzində qalibi olduğu tenderlər və imzalanan müqavilənin məbləğləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:\\Valyuta.az