Paşinyan Aİ-nin xüsusi nümayəndəsilə Qarabağdakı vəziyyəti müzakirə etdibackend

Paşinyan Aİ-nin xüsusi nümayəndəsilə Qarabağdakı vəziyyəti müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Qarabağdakı vəziyyəti müzakirə ediblər. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ ətrafında yaranmış hərbi-siyasi vəziyyət və onun aradan qaldırılması üçün atılacaq addımlar müzakirə edilib. Hər iki tərəf Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb”, – deyə məlumatda bildirilir.

Tərəflər həmçinin Ermənistan – Azərbaycan sərhədindəki vəziyyəti və Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığı müzakirə ediblər.