Paşinyan Araik Arutyunyanı özünə müavin təyin edə bilərbackend

Paşinyan Araik Arutyunyanı özünə müavin təyin edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan Baş nazirin müavini təyin edilə bilər.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, “Joxovurd” qəzetinin yazdığına görə, Araik Arutyunyan iki gün əvvələ kimi bu vəzifəni icra edən Suren Papikyanı əvəzləyəcək real namizəddir.

Nəşr yazır ki, qısa müddət davam edən axtarışlardan və müzakirələrdən sonra Baş nazir Nikol Paşinyan seçimini məhz Arutyunyandan yana edib.

Arutyunyan daha əvvəllər təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini icra edib.

Qeyd edək ki, Suren Papikyan noyabrın 15-də ölkənin müdafiə naziri təyin olunub.