Paşinyan Araiki İrəvana çağırdı – Fərrux yüksəkliyindən DANIŞDIbackend

Paşinyan Araiki İrəvana çağırdı – Fərrux yüksəkliyindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 29-da İrəvanda Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, Paşinyan deyib ki, həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra Ermənistan öz işini həmişə Qarabağdakı separatçılarla əlaqələndirib.

Ermənistanın baş naziri bildirib ki, hazırda Qarabağ ermənilərindən gizlin heç bir sənəd müzakirə olunmur. O, Araik Arutyunyana deyib: “Sizinlə daim əlaqə saxlamağımızın səbəbi də budur”.

Nikol Paşinyan qeyd edib ki, Qarabağ separatçılarının başçısının sülh gündəmini qəbul etməsini yüksək qiymətləndirir.

“Və demək istəyirəm ki, sülh gündəmi heç də məğlubiyyət gündəmi deyil. Sülh gündəliyi müharibə bəlasını və müharibədən sonra yaranan çətinlikləri aradan qaldırmaq, insanların təhlükəsizliyini, hüquqlarını və gələcəyini təmin etmək üçün gündəmdir”.

Araik Arutyunyan deyib ki, onların bəzi suallara Paşinyandan almaq istədiyi cavablar var.

Ermənistanın baş naziri yenidən “Fərrux mövzusu”na münasibət bildirib və Rusiya sülhməramlılarını Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilməsini təmin etməyə çağırıb.

“Ümid edirik ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan bölmələrinin oradan çıxarılmasını təmin edəcəklər”, – deyə Paşinyan bildirib.