Paşinyan Araiklə görüşdü: Xoşbəxtlikdən ATƏT-in Minsk qrupu…backend

Paşinyan Araiklə görüşdü: Xoşbəxtlikdən ATƏT-in Minsk qrupu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan torpağında qondarılmış 30 illik separatçı terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyanı İrəvanda qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Görüş zamanı Paşinyan və Araikin çıxışlarından əsaq məqamları nəzərinizə çatdırırıq:

Paşinyan:

“Ümid edirəm ki,  Qarabağdakı soydaşlarımız bu günədək qəbul etdiyimiz qərarların effektivliyini hiss edəcəklər. Amma sosial-iqtisadi sahədə yaxın gələcəkdə nəzərdə tutduğum müzakirə ediləcək strateji proqramlar var.

Əlbəttə, Qarabağın statusunun aydınlaşdırılması məsələsi gündəmimizdə qalır. Və qeyd etməliyik ki, 9 noyabrdan sonra ATƏT-in Minsk Qrupu həmsədrləri bir açıqlama verərək bunu işçi bir gündəmə çevirdilər. Həm də burada nə etməli olduğumuzu aydınlaşdırmalı, yeni bir vəziyyətdə müəyyən bir strategiya qəbul etməyə çalışmalı və hədəflərimizə çatmağın yollarını göstərməliyik…”

Araik:

“Bildirmək istərdim ki, bu gün Qarabadakı problemlər sosial-iqtisadi baxımdan həll olunur. Ermənistan hökumətinin həyata keçirdiyi sosial proqramlar Qarabağı birmənalı olaraq şok vəziyyətindən çıxardı. Bu günkü sosial siyasətimiz bizə diqqət mərkəzində olmayacaq bir ailə qalmadığını əminliklə bildirməyə imkan verir. Və bütün bunlar birmənalı olaraq yalnız Ermənistan hökumətinin verdiyi pullar hesabınadır. “Hayastan” Ümumerməni Fondunun topladığı pullar artıq mənzil tikintisi və infrastrukturun inkişafına xərclənməyə başlanıb. Qarabağ  bu gün böyük bir inşaat meydanıdır. Proqramlar, ilk növbədə, əsas vəzifəmiz olan mənzil tikintisi davam etdirilməlidir…

Ancaq təbii ki, Qarabağda ən vacib məsələ təhlükəsizlik və status məsələsidir. Və xoşbəxtlikdən ATƏT-in Minsk qrupu müharibədən əvvəl olan status prinsipini dəyişdirmədi. Bunu gündəlikdə saxlamağa çalışmalıyıq. Sizin və bizim Qarabağın müstəqilliyə doğru getməli olduğunun müzakirə mövzusu ola bilməyəcəyi barədə bütün açıqlamalarımız, dediklərimiz, mübarizəmizi davam etdirməli olduğumuzu göstərir. Təhlükəsizliyə gəlincə, sizi əmin etmək istəyirəm ki, vəziyyətə “müdafiə ordusu” və sülhməramlılar tərəfindən birgə nəzarət olunur”./Moderator.az