Paşinyan artıq Ermənistanı təmsil etmirbackend

Paşinyan artıq Ermənistanı təmsil etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müxalif “Müqavimət” hərəkatının liderlərindən biri İşxan Saqatelyan keçirilən mitinqdə xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri qarşısında çıxış edərkən söyləyib.

Müxalifətçinin bildirdiyinə görə, Ermənistanda siyasi böhran yaranıb və onun həlli üçün Paşinyanın və komandasının istefası tələb olunur. Bu tələb, Saqatelyanın fikrincə, təhlükəsizlik, iqtisadiyyat, milli maraqların müdafiəsi kimi sahələrdə hazırkı rəhbərliyin kursunun uğursuzluğu ilə bağlıdır.

Siyasətçi xarici diplomatları Ermənistan müxalifətinin ismarışını öz ölkələrinin rəhbərliyinə çatdırmağa çağırıb.

Saqatelyan Ermənistanın dövlət strukturlarının əməkdaşlarını da etiraz hərəkatına qoşulmağa, rəhbərliyin hədələrinə məhəl qoymamağa və vətəndaş itaətsizliyi aksiyaları təşkil etməyə çağırıb və işdən çıxarılacağı təqdirdə onları müxalifət hakimiyyətə gəldikdən sonra yenidən işə götürməyə söz verib.