Paşinyan arvadını müdafiə etdi: O da haradasa gizlənməli idibackend

Paşinyan arvadını müdafiə etdi: O da haradasa gizlənməli idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı arvadı Anna Akopyanla bağlı epizoda toxunub.

NOCOMMENT modern.az-a istinadən xatırladır ki, keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan Anna Akopyanın Xankəndidə ordunun mərkəzi idarəetmə məntəqəsində olduğunu söyləmişdi.

Paşinyan bu faktı təkzib etməyib. “Əhalinin 70%-nin tərk etdiyi şəhərdə mənim həyat yoldaşım da haradasa gizlənməli idi. O şəxsən əhaliyə su və ərzaq paylayırdı. Onun bu vətənpərvər səylərini niyə mənfi şəkildə işıqlandırmalıyıq?”, – deyə Paşinyan müraciətində vurğulayıb.

O, Qarabağ döyüşləri zamanı cəmiyyətə yalan xəbərlər verməsi barədə ittihamları rədd edib. Paşinyanın fikrincə, hərbi vəziyyət şəraitində əhalini panikaya salmaq qadağan idi.