Paşinyan: Ayın sonunadək Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidirbackend

Paşinyan: Ayın sonunadək Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.

“Bu, bir neçə ayın məsələsi deyil. Amma hər 2 ölkə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdır. Hələlik konkret vaxtdan danışmaq tezdir. Proses başlayanda bir çox məqamlar daha aydın olacaq”, – deyə Baş nazir əlavə edib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Hökumət başçısı həmçinin Azərbaycanla danışıqlar üzrə strategiyasını açıqlayıb: “Bizim strategiyamız sərhəd məsələsində Azərbaycanın rəsmi mövqeyini öyrənmək və Ermənistanın həmin məsələ ilə bağlı rəsmi mövqeyini müəyyənləşdirməkdir. Mövqeyimizdə mümkün qədər legitim olmaq üçün sərhədləri dəqiqləşdirərkən yalnız hüquqi əsası olan faktlardan və arqumentlərdən istifadə edəcəyik. Beynəxalaq ictimaiyyətin bu legitimliyi tanıması və Azərbaycanla razılığın əldə edilməsi bizim strategiyamızdır”.