Paşinyan Azərbaycana qarşı beynəlxalq məhkəmələrə iddiaların geri götürülməsi ideyasını məqbul adlandırıbbackend

Paşinyan Azərbaycana qarşı beynəlxalq məhkəmələrə iddiaların geri götürülməsi ideyasını məqbul adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan sülh sazişinin imzalanmasından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsi ideyasını məqbul sayır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaların geri götürülməsini məntiqli adlandırıb:

“Burada iki nüans var. Birincisi odur ki, ikitərəfli formatda beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin həlli üçün aydın perspektiv olmalıdır; ikincisi, aydın başa düşülməlidir ki, başqa məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”.