Paşinyan Azərbaycana qarşı olan Tatoyanı işdən çıxardıbackend

Paşinyan Azərbaycana qarşı olan Tatoyanı işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədi, ədliyyə nazirinin müavini Kristine Qriqoryan yeni ombudsman seçilib: beləliklə, 2016-cı ildən ombudsman kimi fəaliyyət göstərən Arman Tatoyan bu postla vidalaşıb.

NOCOMMENT xəbər verir ki, Arman Tatoyan müharibədən sonra Azərbaycana qarşı qondarma ittihamları ilə məşhurlaşmışdı. Mütəmadi olaraq sərhəd bölgəsində Azərbaycan Ordusunun “hücumları” ilə bağlı iddialar irəli sürürdü, hətta Ermənistan Müdafiə Nazirliyi bir neçə dəfə ombudsmanın iddialarını təkzib etməyə məcbur olmuşdu.

Ermənistanda İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin mümkün normallaşmasına qarşı ən çox təbliğat aparanlardan olan Arman Tatoyan Paşinyan hakimiyyəti üçün də “başağrısı”na çevrilmişdi və Nikol öz namizədini bu posta gətirməklə ondan xilas oldu.