Paşinyan Azərbaycanla sərhəd bölgəsinə helikopterlə gəldi – SƏBƏBbackend

Paşinyan Azərbaycanla sərhəd bölgəsinə helikopterlə gəldi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxında Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Voskepar kəndinə helikopterlə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat ölkə mətbuatında yayılıb. Bildirilib ki, Paşinyan bu əraziyə avtomobillə getsə idi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı.

Bu yolun kiçik bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin birindən keçir. Beləliklə, erməni baş nazirin bu addımı Azərbaycan qanunlarını pozmamaq üçün atdığı aydın olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar kəndinin sakinləri ilə görüşüb. Görüşdə Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə toxunub.