Paşinyan Bakı ilə danışan şəxsi Ermənistanın müdafiə naziri edirbackend

Paşinyan Bakı ilə danışan şəxsi Ermənistanın müdafiə naziri edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” məlumat yayıb.

Hazırda onun necə vəzifədən getməsi və hansı postu tutacağı müzakirə edilir.

Bildirilir ki, yeni müdafiə naziri Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan olacaq.

“Müharibədən sonra məhz Abazyan Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsi, delimitasiya və demarkasiya işləri barədə danışıqlar aparıb və ortaq dil tapıb. Bu isə Paşinyan üçün önəmsiz məsələ deyil”, – qəzet yazır.