Paşinyan: Bakı və İrəvan sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə edibbackend

Paşinyan: Bakı və İrəvan sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanması ilə bu məsələdə irəliləyiş əldə olunub:

“Sənəddə tərəflərin aprelin 19-da verdiyi birgə bəyanatda qeyd olunan müddəalar öz əksini tapıb. Xüsusilə, Alma-Ata Bəyannaməsinin delimitasiya prosesinin əsas prinsipi kimi çıxış etməsi və tərəflərin bu bəyannaməni rəhbər tutmaları ilə möhkəmləndirilib. Hazırda sənəd ölkədaxili prosedurlara uyğun olaraq daxili razılaşdırılmalardan keçir. Əminəm ki, Ermənistan bu prosesi başa çatdırmaq üçün lazım olan hər şeyi edəcək. Hökumət layihəni bəyənib Konstitusiya Məhkəməsinə göndərib”.