Paşinyan Bakıdan təkliflər gözləyir: Danışıqlara hazırıqbackend

Paşinyan Bakıdan təkliflər gözləyir: Danışıqlara hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi İrəvan Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentində bəyan edib.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir.

“Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işlərin intensivləşdirilməsi vacibdir. Təəssüf edirəm ki, siyasi səs-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində qeyri-sabit vəziyyət proseslərin başlamasına ciddi təhlükədir”, – deyən Paşinyan sərhədlərin müəyyənləşməsində Sovet xəritələrinin əsas olduğunu söyləyib.