Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edib,
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan hökumətinin başçısını Batumi beynəlxalq hava limanında baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.
Bu gün Ermənistan və Gürcüstan Nazirlər Kabineti başçılarının görüşü planlaşdırılır. Paşinyan və Qaribaşvili üz-üzə görüşəcək, daha sonra geniş tərkibdə görüş baş tutacaq.
Xatırladaq ki, bundan əvvəl Paşinyanın Gürcüstana iki günlük səfərə gedəcəyi məlum olub.
NOCOMMENT