Paşinyan: Bəyanatın 8-ci bəndi bizim üçün daha vacibdir…backend

Paşinyan: Bəyanatın 8-ci bəndi bizim üçün daha vacibdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistann Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağla bağlı üçtərəfli bəyanatında erməni tərəfi üçün prioritet məqamları açıqlayıb.

NOCOMMENT-in teleqraf.com-a istinadən məlumatına görə, N.Paşinyan feysbuk profilində yazır ki, İrəvan üçün ilk növbədə bəyanatın 8-ci bəndinin reallaşdırılması, yəni əsirlərin, girovların və saxlanılan şəxslərin tammiqyaslı mübadiləsi, həmçinin, döyüş əməliyyatları zonasında axtarış-xilasetmə əməliyyatlarının miqyasının genişləndirilməsi vacibdir.

Sonra Ermənistan hakimiyyəti regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasını prioritet hesab edir ki, bu da həm Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiya və İrana yüklərin daşınmasını, həm də Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına nəqliyyat kommunikasiyasını nəzərdə tutur.

Paşinyan üçtərəfli bəyanatda Ermənistan ərazisi ilə əlaqədar hər hansı “Mehri” və ya “dəhliz” sözünün olmadığını vurğulayıb. Həmçinin, onun sözlərinə görə, Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana marşrutların seçimi ayrıca müzakirə predmetidir, bunun effektivliyi hərbi əsirlər və ölülərin cəsədlərinin axtarılması probleminin necə həll olunmasından asılıdır.