Paşinyan bu səbəbdən iqtidardan əl çəkməyəcək – Vazgen Manukyanbackend

Paşinyan bu səbəbdən iqtidardan əl çəkməyəcək – Vazgen Manukyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dəhşətli emosional narazılıq yaşayan bir neçə yüz min insan var və başqa bir milyon adam da var ki, Nikol Paşinyandan narazıdır, amma proseslərdə iştirak etmək istəmirlər, çünki psixoloji cəhətdən sınıqdırlar”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın birləşmiş müxalifətinin baş nazirliyə namizədi, sabiq müdafiə naziri Vazgen Manukyan deyib.

“Atdığımız və atacağımız addımları daha təsirli etmək üçün bu insanları küçələrə çıxara bilməliyik”, – sabiq nazir vurğulayıb.

Manukyana görə, Paşinyan özü bir neçə səbəbdən hakimiyyətdən əl çəkməyəcək:
“Birincisi, bundan sonra qərarlarına və atdığı addımlara görə cavab verməli olacağından çox qorxur. İkincisi, hakimiyyət acgöz insanların əllərindədir və bundan həzz alırlar. Buna görə hakimiyyətdən əl çəkməyəcəklər. Bu vəziyyətdə hakimiyyəti ayaqda saxlayan sütunlar qırılmalıdır. Sütunlardan biri də “Mənim addımım” fraksiyasıdır. Bu fraksiya ilə işləməliyik. Bundan əlavə, insanlarla pis rəftar edən bir neçə yüksək rütbəli polis məmuru var. İki-üç sütun çökərsə, onlar da çökəcək”.

O, insanların tədricən fəlakətin miqyasını anlamağa başladıqlarını və bu cür adamların sayının getdikcə daha da çoxaldığını söyləyib: “Anketlər insanların şokdan qurtulduğunu göstərir. Hərəkatımız baş verənlərdən dərs çıxarıb və mitinqləri daha böyük enerji ilə davam etdirəcək”.
Teleqraf