Paşinyan ən ağır zərbə aldıqları əməliyyatdan danışdıbackend

Paşinyan ən ağır zərbə aldıqları əməliyyatdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lələtəpə əməliyatını hərbçilər hazırlamışdı, qərarı da hərbçilər vermişdi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Lələtəpənin qaytarılması əməliyyatını general təklif etmişdi, uğur ehtimalını general dəyərləndirmişdi, qərarı general qəbul etmişdi. Söhbət həmin vədə bu qərarı icra etmək imkanına malik generallardan gedir”, – deyə o bildirib.

Paşinyan əməliyyatla bağlı fikrini ifadə etmədiyini, ən yüksək vəzifəli hərbçinin (Qasparyan nəzərdə tutulur) əməliyyatı dəstəklədiyini bildirib.

Baş nazir Lələtəpəyə hücumun hədəfinin Cəbrayıla keçən Azərbaycan ordusunu mühasirəyə salmaq olduğunu deyib.

Nikol Paşinyan daha sonra əməliyyatı təklif edən generalın adını çəkib – Samvel Babayan: “İlk bir neçə saat uğurlu idi, lakin tank bölmələrindən birinin rəhbəri sonradan öz tapşırığını icra etmədi. Bölməyə hazırda müxalif fəaliyyətlə bağlı aktiv mövqe tutan yüksək vəzifəli hərbçilərdən birinin oğlu (Seyran Ohanyanın oğlu) rəhbərlik edirdi”.

Qeyd edək ki, Ermənistan ordusu 44 günlük müharibədə ən ağır zərbələrdən birini Lələtəpədə alıb. Belə ki, Lələtəpəyə hücum edən Ermənistan ordusunu Azərbaycanın Şanlı Ordusu cəmi bir neçə saat ərzində tamamilə darmadağın edib, 1300-dən çox əsgər, onlarla hərbi texnika itirən düşmən Ermənistan sərhədinə qədər geri çəkilməyə məcbur olub.