Paşinyan Ərdoğana ZƏNG ETDİbackend

Paşinyan Ərdoğana ZƏNG ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan Türkiyə Prezidentinə başsağlığı verib və zəlzələdə xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

O, Ərdoğana bildirib ki, fəlakət zonasına gedəcək xilasediciləri daşıyan təyyarə artıq İrəvanın Zvartnots hava limanından qalxmağa hazırlaşır.

Türkiyə lideri köməyə görə Paşinyana təşəkkür edib. O, həmçinin Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib, iki ölkə arasında dialoqun daha da dərinləşməsi üçün bu addımın vacibliyini vurğulayıb.