Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşları dünyaya və ölkəyə Rusiyalı deputat Konstantin Zatulinin prizmasından baxmaqdan imtina etməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, Paşinyan çıxışı zamanı bildirib ki, 1830-cu illərdən 2022–2023-cü illərə qədər erməni cəmiyyəti dünyanı və Ermənistanı əsasən Zatulinin baxış bucağından dəyərləndirib.
“Problem ondadır ki, 1830-cu illərdən 2023-cü ilin oktyabrına, yaxud 2022-ci ilin oktyabrına qədər biz hamımız dünyaya və Ermənistana Zatulinin gözü ilə baxmışıq.
Seçim bundan ibarətdir: Ermənistan vətəndaşları 2026-cı ildə qərar verməli olacaqlar – onlar öz gözlərinə inanacaqlar, yoxsa Zatulinin gözlərinə?
Onlar yenidən 1850-ci illərdə başlayıb 2022–2023-cü illərdə başa çatan tarixi dövrə, həmin vəziyyətə qayıtmaq istəyirlərmi?
Bəs bu müddət ərzində nə dəyişib?” – deyə Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri qeyd edib ki, ölkənin gələcək inkişafı üçün vətəndaşlar müstəqil düşünməli, xarici təsirlərin prizmasından çıxaraq hadisələrə öz baxış bucaqlarından qiymət verməlidirlər.
Sara
NOCOMMENT.az













