Paşinyan Ermənistandakı satqınlarla bağlı tapşırıq verdibackend

Paşinyan Ermənistandakı satqınlarla bağlı tapşırıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Təhlükəsizlik Xidməti müdafiə və milli təhlükəsizlik məsələləri ilə bağlı dezinformasiyalara nəzarəti davam etdirəcək.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında deyib.

O, informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.

Paşinyan bildirib ki, şübhəli şəxslər şübhəli məlumatlarla ölkənin təhlükəsizliyinə təhdid yarada bilərlər. “Bu cür hərəkətlərlə Ermənistan Silahlı Qüvvələrinin işini pozmağa yönəlmiş istənilən cəhdin qarşısı məlumatları yayanların motivindən asılı olmayaraq ən sərt şəkildə alınmalıdır”.

Baş nazirin sözlərinə görə, 44 günlük müharibə zamanı və ondan sonra belə hallarla bağlı intensiv araşdırmalar aparılıb, bu işlərin bir qismi məhkəməyə qədər gedib çıxıb. Paşinyan əlavə edib ki, heç bir status heç kimə bu cür hərəkətlərə yol verməməlidir.

“Mən Milli Təhlükəsizlik Xidmətindən aydın addım gözləyirəm, çünki agent şəbəkələri var və casusları tapmaq lazımdır”, – deyə baş nazir əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan bugünkü açıqlamasında Ermənistan tərəfdən sərhəddəki son döyüşlər zamanı 135 nəfərin öldüyünü, çoxlu yaralının olduğunu deyib.