İrəvan Azərbaycanla sülh prosesində heç kimin tələblərini yerinə yetirmir.
NOCOMMENT.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Ermənistanın baş naziri Strasburqda jurnalistlərlə söhbətində deyib: “Ermənistanın başqasının tələblərini yerinə yetirməsi ilə bağlı stereotip var. Ermənistan heç kimin tələbini yerinə yetirmir”.
O, həmçinin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra görünən nəticələrin olmaması ilə razılaşmır.Ermənistan hökumətinin başçısı Bakı ilə İrəvan arasında sülh prosesini bir daha qayğı və diqqət tələb edən yeni doğulmuş uşaqla müqayisə edib.
Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. O, Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi bəndi ehtiva edir, lakin heç bir təfərrüat göstərmir. Sənəddə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında müqavilənin razılaşdırılmış mətnini paraflayıb və onun yekun ratifikasiyasına çalışacaqlar.