Paşinyan Ermənistanın KTMT-ni tərk edəcəyini açıqladıbackend

Paşinyan Ermənistanın KTMT-ni tərk edəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb.

“Tərk edəcəyik. Bunun nə zaman olacağına qərar verəcəyik. Bəs siz nə düşünürsünüz? Növbəti addım nədir? Düşünürsünüz ki, geri qayıdacağıq? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, geri qayıtmayacağıq”, – deyə Baş nazir müxalif deputatların Ermənistanın niyə KTMT-ni tərk etmədiyinə dair iradlarına cavabında bildirib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan cari ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Mart ayında isə Paşinyan bildirib ki, Ermənistan İrəvan tərəfindən ölkənin suveren əraziləri barədə qaldırılan məsələlərə təşkilat tərəfindən cavab almazsa KTMT-ni tərk edəcək. Bununla belə, Ermənistan bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb.