Paşinyan günahkar tapdı: Şuşada məhz ona görə uduzduqbackend

Paşinyan günahkar tapdı: Şuşada məhz ona görə uduzduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni hərbçilər Qarabağda sülh müqaviləsini imzalanmasını dəstəkləyirlər.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin ittihamlarından müdafiə olunarkən deyib.

O bildirib ki, erməni ordusunun məğlub olma səbəblərindən biri də Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Tsarukyanın Şuşada döyüşməməsidir: “Şuşanın itirilməsinin səbəblərindən biri də Qaqik Çarukyanın dəstəsinin Şuşa uğrunda döyüşlərdə iştirak etməməsidir. O, həbsdən çıxdıqdan sonra rəhbərlik edəcəyi könüllülərdən ibarət dəstə yaratdığını elan etdi.

Özü hərbçi formasında səfərbərlik elan etdi, arxasında Niva-lar, UAZ-lar toplandı. Ancaq bu dəstə heç vaxt cəbhəyə getmədi. Bəlkə onun dəstəsi orada olsaydı, Şuşanı da verməzdik”.