Paşinyan hakimiyyəti Qarabağı Azərbaycanın tərkibində görür – Ohanyanbackend

Paşinyan hakimiyyəti Qarabağı Azərbaycanın tərkibində görür – Ohanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim biganəliyimiz onda oldu ki, hakimiyyəti dəyişdirə bilmədik”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətin addımlarını şərh edərkən deyib.

“Biz Ermənistanda mübarizə potensialını – “Müqavimət” hərəkatını yarada bildik və hakimiyyətin vaxtından əvvəl başqa addımlar atmasına imkan vermədik. O ki qaldı taktiki hərəkətlərə – bir kəndin təslim olmasına, sərhəddəki vəziyyətə və s. – bu, hakimiyyətin problemidir”, – o əlavə edib.

“Səfərbərlik prosesində müxalifət nümayəndələri vicdanla iştirak edib, mitinqlər, piketlər təşkil ediblər. Amma çatışmazlıqlar da var idi, xüsusən də Qarabağı Azərbaycanın tərkibində görmək istəyən indiki hakimiyyəti kənarlaşdırmaq mümkün olmadı”, – Ohanyan söyləyib.