Paşinyan hədələdi, prezident geri çəkildi – Kritik qərar sabah açıqlanacaqbackend

Paşinyan hədələdi, prezident geri çəkildi – Kritik qərar sabah açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günləri işdə keçirən Ermənistan Silahlı Qüvvələri baş qərargahının rəisi Onik Qasparyan artıq evə qayıdıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

“Ancaq bu, geri çəkilmək demək deyil, qısa bir möhlətdən söhbət gedir. Silahlı Qüvvələrin Baş Qərargahının heyəti Qasparyanın işə gəlməsini və yeni təlimatlarını gözləyir”, – deyə qəzet yazıb.

Prezident Armen Sarkisyanın Qasparyanın istefaya göndərilməsi ilə bağlı sənədi imzalamaqdan imtina etməsinə gəldikdə, nəşr bildirib ki, Baş nazir Nikol Paşinyanın onunla görüşməsindən əvvəl hakim “Mənim addımım” fraksiyasının deputatları sosial şəbəkələr və mediada prezidentə qarşı hücuma keçiblər.

Qəzet fraksiyanın deputatı Vaaqn Ovakimyanın prezidentə qarşı impiçment proseduruna başlamaq ehtimalını elan etdiyini də xatırladıb.

“Mənim addımım”la görüşdən sonra baş nazir komanda üzvlərinə mesaj göndərərək, prezidentlə bağlı tənqidi fikirlərin dayandırılmasını tələb edib. Təsadüfi deyil ki, martın 2-də vəziyyət 180 dərəcə dəyişib. Qəzetin yazdığına görə, Paşinyanın Qasparyanın vəzifəsindən kənarlaşdırılması tələbi yerinə yetiriləcək.

Nəşrin iddiasına görə, Onik Qasparyan, çox güman ki, martın 4-dək vəzifəsindən azad ediləcək.

Hələ fevralın 28-dən Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası prezidentə qarşı impiçment prosedurunun mümkünlüyü barədə danışmağa başlayıb. Səbəb Prezident Armen Sarkisyanın baş nazirin Onik Qasparyanın istefası ilə bağlı vəsatətini imzalamaqdan imtina etməsi olub.