Paşinyan həqiqətən sülhün nə olduğunu bilmir – Erməni politoloqbackend

Paşinyan həqiqətən sülhün nə olduğunu bilmir – Erməni politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müqəddəs yer heç vaxt boş qalmır, ona görə də nə vaxtsa Ermənistanda hakimiyyət uğrunda yarışmağa çalışacaq yeni müxalifət formalaşacaq”.

NOCOMMENT.az “Armenian News”a istinadla xəbər verir ki, bunu politoloq Arqişti Kiviryan deyib.

O əlavə edib ki, bu rolda olmağa cəhd edənlər xarici çağırışlara hazır olmalıdırlar, çünki rəqiblər Ermənistana hər cür müdaxilə edəcəklər.

Kiviryan Ermənistanın əsas problemini onun 30 il ərzində sırf müdafiə müharibəsinə hazırlaşması adlandırıb. “Ancaq özünüzü nə qədər yaxşı müdafiə etsəniz də, bu müdafiə davamlı zərbələrlə gec-tez çökəcək. Sülhə düşmənin ərazisində məcbur edə bilərsiniz”, – deyə ekspert qeyd edib.

O, əmin olduğunu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan çətin müharibədən və itkilərdən sağ çıxan Ermənistan cəmiyyətinin hissləri ilə oynayır: “Uduzan cəmiyyəti yeni müharibə ilə qorxutmaq və sözdə sülh təklif etmək asandır. Paşinyan həqiqətən sülhün nə olduğunu bilmir”.

yenisabah