Paşinyan İrəvandakı partlayışa görə bu məmuru işdən QOVDUbackend

Paşinyan İrəvandakı partlayışa görə bu məmuru işdən QOVDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın şəhərsalma, texniki və yanğın təhlükəsizliyi üzrə müfəttişlik orqanının rəhbəri Qeqam Şahbazyan tutduğu vəzifədən azad edilib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, Şahbazyan bu vəzifəyə 2018-ci ilin iyulunda, “məxməri inqilab”dan dərhal sonra təyin edilib. Bəziləri onun vəzifədən qovulmasını İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən faciə ilə əlaqələndirirlər.

Həmin vaxt strukturun fəaliyyəti kəskin tənqidlərə məruz qalmışdı. Faciədə 16 nəfər ölüb, 62 nəfər yaralanıb, daha bir nəfər itkin düşüb.