Paşinyan kadr siyasətini davam etdirirbackend

Paşinyan kadr siyasətini davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni maliyyə nazirinə yeni müavinlər təyin edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Baş nazirin müvafiq sərəncamları hökumətin saytında yerləşdirilib.

Maliyyə Nazirliyinin makroiqtisadi siyasət şöbəsinin müdiri Eduard Akopyan və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsi Vaan Sirunyan maliyyə nazirinin müavinləri təyin olunublar.

Nazirlikdə kadr dəyişiklikləri dekabrın sonunda Ermənistanın baş nazirinin maliyyə naziri Tiqran Xaçatryanı baş nazirin müavini vəzifəsinə təyin etməsi ilə başlayıb. Daha sonra vakant olan maliyyə naziri postunu keçmiş nazir müavini Vaqe Ovannisyan tutub.