Paşinyan keçmiş baş qərargah rəisini yalan danışmaqda ittiham etdibackend

Paşinyan keçmiş baş qərargah rəisini yalan danışmaqda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyanı növbəti dəfə ittiham edib.

NOCOMMENT modern.az-a istinadən məlumat verir ki, N.Paşinyan parlamentdə çıxışı zamanı sabiq rəisin müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etmədiyini deyib.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Onik Qasparyan açıqlama verərək müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etdiyini, əks təqdirdə Ermənistan ordusunun ağır itkilər verəcəyini deyib.

N.Paşinyan parlamentdəki çıxışında bu cür tələbin olmadığını bildirib: “Söhbət sentyabrın 30-da keçirilmiş Təhlükəsizlik Şurasının iclasından gedir. Baş qərargah rəisi elə bir söz deməyib, bu, rəsmi şəkildə qeydə alınıb, iclasın stenoqramları da mövcuddur. Qasparyan həmin iclasda deyib ki, ordu bütün tapşırıqları yerinə yetirir, düşmən heç bir uğur əldə etməyib”.