Paşinyan Kəlbəcərdə sərhədin necə müəyyən olunacağından danışdıbackend

Paşinyan Kəlbəcərdə sərhədin necə müəyyən olunacağından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Geğarkunik bölgəsi arasında sərhəd xəttinin SSRİ zamanındakı sərhəd xəttinə əsasən müəyyən olunacağını deyib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Nikol Paşinyan bunu feysbuk sosial şəbəkəsi vasitəsilə etdiyi canlı çıxışında bildirib.

Paşinyan deyib ki, bölgədə yerləşən Zod qızıl mədəninin bir hissəsi Azərbaycan, bir hissəsi isə Ermənistan ərazisinə düşür: “Demarkasiya kifayət qədər mürəkkəb bir prosesdir və istəsək də, istəməsək də, yalnız rus sülhməramlılarının deyil, həm də Azərbaycanın nümayəndələrinin iştirakı ilə baş verməlidir. Üstəlik, sərhədlər müəyyən edilərkən bunu gözlə ölçmürlər. Bu, GPS koordinatları ilə müəyyən edilir”.