Paşinyan: Köçəryan və Sarkisyan Qarabağın Azərbaycanın tərkibində olduğunu etiraf etmişdilərbackend

Paşinyan: Köçəryan və Sarkisyan Qarabağın Azərbaycanın tərkibində olduğunu etiraf etmişdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Danışıqlar prosesinin bütün tarixi boyu Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib.

O, sübut olaraq 1998-ci ildə R.Köçəryanın ATƏT-in o vaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib.

Baş nazirin sözlərinə görə, həmin sənəddə Qarabağ sakinlərinin pasportunda Azərbaycan vətəndaşlıqlarına dair xüsusi qeyd olacağı da öz əksini tapmışdı.