Paşinyan Kremlə növbəti tələ hazırlayırbackend

Paşinyan Kremlə növbəti tələ hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə zamanı hərbi fəlakətin iki addımlığında olan Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın təkərinə “çomaq soxmağa” davam edir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın hayeli.am saytı məlumat yayıb.

Sayt Paşinyanın Rusiyanı məğlubiyyətdə günahkar elan edəcəyini bildirərək yazır:

Nikol Paşinyan: “İrəvan, 26 oktyabr 2020. Ağrılı kompromislərə hazırıq, təslim olmağa deyil”.

Arayik Arutyunyan: “Şuşa, 29 oktyabr 2020. Düşmən Şuşadan 5 km məsafədədir”.

Əlbəttə ki, bu xronologiya heç kimin xoşuna gələ bilməz. Lakin Paşinyanın bunu çox yaxşı bildiyinə şübhə etməyin. Onun növbəti addımı saxta hesablar vasitəsilə internetdə genişmiqyaslı bir prosesə başlayaraq, Rusiyanı günahlandırmaq olacaq.

Artıq bu gün paşinyanmeyilli feyklər Rusiya ilə əlaqəli olan hər kəsi geniş şərhlərlə ittiham edirlər. Yəni başlanğıcın təməli qoyulub.

İndi isə diqqət!

29 iyul 2019. Rusiya Federasiyası Ədliyyə Nazirliyi Atlantik Şurasını Moskva üçün “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib. Rusiya Federasiyasının Baş Prokurorluğu bu təşkilatın Rusiya konstitusiya quruluşunun əsaslarını təhdid etdiyi qərarına gəlib.

24 oktyabr 2020. Zöhrab Mnatsakanyan Atlantik Şurasının təşkil etdiyi vebinarda iştirak edib.

Bu, Rusiyanın Xarici İşlər naziri nizamlama prosesində fəal iştirak etdiyi vaxtda baş verir. Rusiyanın Müdafiə naziri də prosesdə fəal iştirak edir… Oktyabrın 30-da (Cenevrədə) görüş baş tutacaq… Erməni xalqı böyük ümidlə Rusiyanın reaksiyasını və müdaxiləni gözləyir… Əliyevin də açıq şəkildə söylədiyi kimi, Rusiyadakı diaspor bununla bağlı lobbi fəaliyyətini davam etdirir.

Bu, Paşinyanın hakimiyyətinin Rusiyanın əsas prinsiplərinə zidd olduğu yeganə hal deyil. Bunların sayı-hesabı yoxdur”, – deyə mənbədə qeyd olunub.