Paşinyan KTMT-dən çıxmaqla hədələyibbackend

Paşinyan KTMT-dən çıxmaqla hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, o, uzun müddətdir ki, KTMT-nin yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirərkən deyib.

“Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq”, – Baş nazir əlavə edib.

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, o zaman məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik” –Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.