Paşinyan Matviyenko ilə də görüşdübackend

Paşinyan Matviyenko ilə də görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Rusiya arasında münasibətlər 30 il ərzində dinamik inkişaf edib, bu gün görülən işləri təhlil etmək üçün yaxşı fürsətdir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

“Bu müddət ərzində dramatik hadisələr baş verdi, biz hər şeyi təhlil etməliyik, nəticələri harada əldə etdiyimizi görməliyik və bu kontekstdə gələcək fəaliyyətimizi, birgə proqramlarımızı planlaşdırmalıyıq. Hesab edirəm ki, parlamentlərarası əlaqələr həmin proseslərdə əsas rol oynayır”, – deyə Nikol Paşinyan bildirib.

O qeyd edib ki, aprelin 21-də rusiyalı deputatların Ermənistana səfəri gözlənilir, bu da çox vacibdir.

Nikol Paşinyan qeyd edib ki, Avrasiya İqtisadi Birliyi, MDB və KTMT çərçivəsində rusiyalı tərəfdaşlarla səmərəli əməkdaşlıq qurulub.