Paşinyan mətbuat katibini vəzifəsindən azad edibbackend

Paşinyan mətbuat katibini vəzifəsindən azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş nazirinin mətbuat katibi Mane Qevorkyan tutduğu vəzifədən azad edilib. Müvafiq qərarı Ermənistanın baş naziri imzalayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Mane özü feysbuk səhifəsində öz ərizəsi ilə vəzifəsindən azad edildiyini açıqlayıb. O, birgə fəaliyyətinə görə Baş nazirə və hökumət aparatına təşəkkür edib.

“Mətbuat katibi kimi işlədiyim dövr Ermənistanın taleyinə düşən çətinliklərlə dolu idi, lakin buna baxmayaraq, inqilabın təməlində qoyulmuş dəyərlərə sadiq qalmağa çalışdım”, – deyə Qevorkyan yazıb.

Qevorkyan 2020-ci il martın 2-də baş nazirin mətbuat katibi təyin edilmişdi. Yanvardan mart ayına qədər bu vəzifə boş idi. Ondan əvvəl bu vəzifəni Vladimir Karapetyan tutmuşdu.

Əvvəllər 32 yaşlı Mane Qevorkyan “Aurora” humanitar təşəbbüsünün mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb, həmçinin “Civilnet” onlayn televiziyasında prodüser işləyib.