Paşinyan müdafiə nazirinə yeni müavin təyin etdibackend

Paşinyan müdafiə nazirinə yeni müavin təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suren Saakyan Ermənistan müdafiə nazirinin müavini təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan əmr imzalayıb.

Qeyd edək ki, bu, müdafiə nazirinə ikinci müavin təyinatıdır. Ermənistanın keçmiş polis rəisi Arman Sərkisyan 11 yanvarda müdafiə nazirinə müavin təyin edilib.

Keçmiş müavinlər Qabriel Balayan və Makar Qəmbəryan, o cümlədən nazir Tonoyan noyabrda vəzifədən uzaqlaşdırılmışdılar.

Müdafiə naziri vəzifəsinə isə Vaqarşak Arutyunyan gətirilmişdi.
Axar.az