Paşinyan müdafiə nazirini cəzalandırdıbackend

Paşinyan müdafiə nazirini cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə İdarə Heyətinin iclasını keçirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, iclasda partiyanın yeni sədr müavinləri seçiliblər. Əvvəllər partiya rəhbərliyində təmsil olunan müdafiə naziri Suren Papikyan isə bu dəfə kənarda idarə heyətindən qalıb.

Vaaqn Aleksanyan və Gevork Papoyan partiya sədrinin müavinləri seçiliblər. Vaaqn Aleksanyan parlamentdə müxalifətə qarşı ən sərt davranışı ilə seçilən deputatlardan biridir.

Ermənistan KİV-i yazır ki, Nikol Paşinyan müdafiə naziri Suren Papikyanı partiya rəhbərliyindən kənarlaşdırmaqla onu cəzalandırıb. Paşinyanın Papikyanı baş nazirliyə mümkün namizəd kimi gördüyündən, son vaxtlar iddialı davranış sərgiləyən rəqibini indidən zərərsizləşdirmək qərarına gəldiyi bildirilir.