Paşinyan: Müharibə vaxtı sizin mövqeyiniz bizi sevindirmədibackend

Paşinyan: Müharibə vaxtı sizin mövqeyiniz bizi sevindirmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada KTMT-nin 30 illiyinə həsr olunmuş sammit zamanı deyib ki, “strukturun üzvü olan dövlətlərin asinxron səsvermə problemi var və çox vaxt bizim səslərimiz eyni vaxtda olmur”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, problem yeni deyil, Ermənistan işçi qaydada bunu dəfələrlə qaldırıb və müzakirə edib: “Bu məsələnin əlavə müzakirəyə ehtiyacı var. Sürətli reaksiya məsələsi Ermənistan üçün vacibdir. Bildiyiniz kimi, ötən il bu günlərdə Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olmuşdu. Ermənistan böhran vəziyyətlərinə reaksiya prosedurunda nəzərdə tutulan mexanizmləri tətbiq etmək üçün KTMT-yə müraciət etmişdi.

Təəssüf ki, təşkilat Ermənistanın gözlədiyi kimi cavab vermədi. Biz uzun müddət KTMT-yə üzv dövlətlərin Ermənistana dost olmayan ölkələrə silah satması məsələsini də qaldırmışıq. Hansı ki, Ermənistana qarşı istifadə olunub. 2020-ci ildə 44 günlük müharibə zamanı və ondan sonra KTMT-yə üzv ölkələrin reaksiyası Ermənistanı və erməni xalqını o qədər də sevindirməmişdi”.