“Paşinyan müharibəni bilərəkdən başladıb” – ŞOK AÇIQLAMAbackend

“Paşinyan müharibəni bilərəkdən başladıb”ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın komandası Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir”.

NOCOMMENT.az “Armenian News”a istinadla xəbər verir ki, bunu politoloq Qagik Ambaryan bildirib.

Onun sözlərinə görə, “məxməri inqilab”, bir növ, Troya atı halına gəlib. “Türkiyə tərəfdarı olan hakimiyyət orqanları açıq şəkildə xaincəsinə Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir. Müqavimət göstərə biləcək yeganə qüvvə Köçəryan və “Ermənistan” blokudur”.

Ambaryan vurğulayıb ki, Paşinyan danışıqların dayandırılması mənasını verən “Qarabağ Ermənistandır, vəssalam” ifadəsi ilə müharibəni bilərəkdən başladıb.

“Nəticədə 5 min gənc ölüb, 10 mindən çoxu yaralanıb, 3.5 min adam əsir və ya itkin düşüb” – deyə o əlavə edib.
Konkret.az