Paşinyan o cümləni deməyə özündə cəsarət tapmadıbackend

Paşinyan o cümləni deməyə özündə cəsarət tapmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ münaqişəsi 1988-ci ildə Sovetlər Birliyində yenidənqurmalar başlayandan üzə çıxıb”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın “ARD” telekanalına müsahibəsində bildirib.

Jurnalist Paşinyana “Qarabağ Ermənistandır və nöqtə” tipli qərəzli və qeyri-obyektiv açıqlamasını xatırladıb. Bunun rəsmi Bakıda narazılığa səbəb olub-olmadığı ilə bağlı sual ünvanlayıb.

Maraqlıdır ki, Paşinyan sualdan yan keçərək onu cavablamamağa çalışıb. Eyni zamanda, onun sonunu gətirən absurd açıqlamasını bu dəfə təkrarlamağa özündə cəsarət tapmayıb. Əksinə, rəqəmlərlə oynamağa başlayaraq yenə də saxta məlumatlar verib.

Dünya ictimaiyyətini dəfələrlə aldatmağa çalışan işğalçı ölkənin baş naziri bildirib ki, o zamanlar Dağlıq Qarabağ əhalisinin guya 80 faizini ermənilər təşkil edib.

Gülünc vəziyyətə düşən Paşinyan müsahibə əsnasında öz-özünə “Dağlıq Qarabağ Ermənistandırmı?” sualını da verib. Ardınca isə “Ermənistan ermənilərin yaşadığı ərazi deməkdir, orada isə bizim çoxlu kilsələrimizi, məktəbimizi görə bilərsiz”, – deməklə kifayətlənib.