backend

Paşinyan o prezidentləri debata çağırdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin əvvəlki üç prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı debata çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu barədə özünün “Telegram” kanalında yazıb.

Bu üç siyasətçi Ermənistanın 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra vəzifədə olublar.

Paşinyan dəfələrlə sabiq dövlət başçılarını ilk növbədə Qarabağ siyasətinə yanaşmalarına görə tənqid edib. Ermənistanın baş naziri onları korrupsiyada və münaqişədən qazanc əldə etməkdə ittiham edib. Paşinyanın keçmiş liderlərə əvvəlki çağırışları cavabsız qalıb.