Paşinyan parlament fraksiyaları ilə görüşəcəkbackend

Paşinyan parlament fraksiyaları ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan partlament fraksiyalarının rəhbərləri ilə görüşəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, ölkə parlamentinin vitse-spikeri Alen Simonyan baş nazirin müxalif partiya və fraksiya liderləri ilə görüşəcəyi barədə xəbər verib. Görüşlər növbədənkənar seçkilərin müzakirəsi çərçivəsində baş tutmalıdır.

“Mən çox şadam ki, Çiçəklənən Ermənistan, Parlaq Ermənistan, Erməni Milli Konqresi və Arman Babacanyanın partiyası bu müzakirələrdə iştirak etməyə hazır olduqlarını artıq bildiriblər”, – deyə Simonyan qeyd edib.

Məlumata görə, Paşinyan müxalifətin əsas simalarından biri olan Qaqik Tsarukyanla görüşdə rəqibinə müvəqqəti koalisiyanı formalaşdırmağı təklif edəcək.