Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.
Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.
“Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb.